Tərkib:
3-4 ədəd kartof
2-3 dəstə ispanaq
2 ədəd yumurta
250 qr kəsmik
1 dəstə cəfəri
1 dəstə şüyüd
1 dəstə göy soğan
100 qr “feta” pendiri
1 ədəd limonunb qabığı
Zeytun yağı
Duz, istiot
Hazırlanması:
Kartof təmizlənir, yarısı dilimlənir, yarısı halqavarı doğranır, yağda qızardılıb salfetin üzərinə yığılır.
İçliyin hazırlanması:
İspanaq yuyulur, qurudulub doğranır.
Üzərinə 2 x.q. su tökülür, 4 dəq. pörtlədilib, sücgəcdən süzülür.
Pendir çəngəllə əzilir, üzərinə xırda doğranmış göyərti, ispanaq, yumurta, kəsmik, limon qabığı, duz, istiot əlavə edilib qarışdırılır.
Forma yağlanır, üzərinə halqavarı doğranmış, kənarlarına dilimlənmiş kartof yığılır.
Üzərinə içlik tökülüb yayılır. Piroq 179 dərəcədə 40-45 dəq. bişirilir.
İnterpress.az