Təzə kələmdən borş yox  – piroqbackend

Təzə kələmdən borş yox – piroq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İçlik üçün:

500 qr təzə ağ kələm
3 ədəd qaynadılmış yumurta
1 dəstə şüyüd
Duz, istiot

Xəmir üçün:

200 ml qatıq
200 qr xama
160 qr kərə yağ
2 ədəd yumurta
2 x.q. şəkər tozu
½ ç.q. duz
280 qr un
2 ç.q. qabartma tozu

Üstü üçün:
Küncüt

İçliyin hazırlanması:

Kələm doğranır, yağda qovrulur, üzərinə duz, istiot, xırda doğranmış yumurta və şüyüd əlavə edilib qarışdırılır.
Xəmirin hazırlanması:
Kərə yağı əridilir, üzərinə qatıq, xama, şəkər, duz, ayrıca çırpılmış yumurta, un, qabartma tozu əlavə olunub qarışdırılır.
Yağlanmış formaya xəmirin yarısı tökülür, üzərinə kələmli içlik yayılıb, üstündən yerdə qalan xəmir yayılır.
Piroq 200 dərəcədə 15-20 dəq. bişirilir, soyudulub üzərinə küncüt səpilir.

İnterpress.az