Vücuda qüvvət verir, qansızlığı aradanq aldırır.
Ağız, boğaz iltihabı, diş əti xəstəlikləri və öskürəyə qarşı faydalıdır. Hərarəti salır. Qaraciyəri qüvvətləndirir. Mədə və bağırsaqların işini nizamlayır.
Xüsusilə yeməklə birlikdə yeyildikdə həzmi asanlaşdırır. Ac qarınına yeyilən ağ tut bağırsaq qurdlarını salır. Mədə və bağırsaqları rahatlaşdırır. Qara tut isə ağız və boğaz iltihablarına yaxşı təsir göstərir. Rəngindən asılı olmayaraq qana xeyirlidir. maddələr mübadiləsini tənzimləyir.
Ağ tutun 15-20 qr. yarpağı 3 st. su su ilə qaynadıb içilərsə sidik qovucu təsir göstərər. Bu tərkib eyni zamanda hərarət salıcı olaraq da istifadə edilməkdədir. Tutun təzə yarpaqlarıyla dəridəki yaralara və burundakı qanamalara tampon edilərsə qanamaları dayandırar.
Qara tutun yarpaqları və qabıqları qaynadılıb əldə edilən maye ilə qarqara edilsə boğaz, ağız və diş əti iltihablarına qarşısını alar. Quru tutun yarpaqları və qabıqları qaynadılıb əldə edilən maye ilə qarqara edilərsə boğaz, ağız və diş əti iltihablarının qarşısını alar.
İnterpress.az