Paprikalı, zirincli ətli içlik – əlinizin altında olsunbackend

Paprikalı, zirincli ətli içlik – əlinizin altında olsun

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:

500 qr dana əti
200 qr quyruq
4 ədəd yumurta
2 ədəd baş soğan
3 diş sarımsaq
1 ç.q. paprika
2 x.q. zirinc
0,5 st. su
Duz, istiot

Hazırlanması:

Ət öncədən suda bişirilir, çox xırda doğranır.
Yumurta suda qaynadılır.
Quyruq xırdalanıb tavada əridilir.
Üzərinə xırda doğranmış soğan və sarımsaq əlavə edilib qovrulur.
Üzərinə paprika, zirinc, duz, istiot və ət əlavə edilir.
Qarışığın üzərinə 0,5 st. su tökülüb bişirilir.
Yağa düşəndə odun üzərindən götürülür, üzərinə xırda doğranmış yumurta əlavə edilib qarışdırılır.

İnterpress.az