Tərkib:
Toyuq filesi – 500 qr.
Süd – 100 ml.
Yumurta – 1 ədəd
Şüyüd toxumu, xmeli-suneli, paprika
Duz, istiot, sarımsaq
Hazırlanması:
Toyuq əti və sarımsaq blenderdən keçirilir.(2 dəfə)
Üzərinə süd, yumurta, duz, istiot, paprika, xmeli-suneli, şüyüd toxumu əlavə edilib yaxşıca yoğrulur.
Soba üçün sellofan paketlər 20/20 ölçüdə kəsilir, hər hissənin mərkəzinə 2 x.q. farş qoyulub, sosis formasında bükülür.
Bir ucu iplə bağlanır, hamarlanıb digər ucu bağlanır.
Hazır sosislər soyuducuda saxlanır.
İnterpress.az