Tərkib:
1 st. covdar unu
2 st. un
280 ml isti su
12 qr maya (təzə)
1,5 ç.q. duz
1 x.q. şəkər tozu
1 ədəd yumurta sarısı
Küncüt
Hazırlanması:
Maya şəkərlə qarışdırılıb saxlanır.
Hər iki növ un ələnir, üzərinə duz, maya qarışığı və su tökülüb yumşaq və hamar xəmir yoğrulur (10 dəq).
İri kasa yağlanır, xəmirdən kündə hazırlanıb 1 saatlıq kasaya qoyulur.
Formaya kalka (yağlı kağız) salınır, xəmir bir qədər yastılanıb baton və ya “hörük” şəklinə salınır .
Xəmirin üstü dəsmalla örtülüb təkrar 40 dəq. saxlanır.
Çörəyin üzərinə yumurta sarısı çəkilir, küncüt səpilib 190 dərəcədə 25-30 dəq. bişirilir.
İnterpress.az