Axşama ətli “toplar”backend

Axşama ətli “toplar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:

3 ədəd yumurta
300 qr düyü
50 qr “parmezan” pendiri
Bitki yağı
50 qr kərə yağı
2 x.q. un
4-5 x.q. suxari
Duz, istiot

İçlik üçün:

100 qr dana qiyməsi
1 x.q. cəfəri
1 x.q. rəndələnmiş “parmezan” pendiri
1 ç.q. şəkər tozu
2 x.q. bitki yağı
1 ədəd baş soğan
1 x.q. tomat pastası
2 qr zəfəran

Hazırlanması:

Soğan xırda doğranır, yağda qızardılır (5 dəq.)
Üzərinə qiymə əlavə edilir, yarım stakan su tökülb bişirilir.
Duz, istiot ,tomat pastası, şəkər tozu vurulub qovrulur.
Üzərinə 1 ədəd yumurta, xırdalanmış cəfəri, zəfəran, əlavə edilib yaxşıca qarışdırılır.

Axşama ətli “toplar”

Düyü 18 dəq. suda bişirlir.
Odun üzərindən götürülür, üzərinə kərə yağı və pendir qatılıb qarışdırılır.
Əllər suya batırılır, düyülü qarışıq götürülür, yastılanır, içərisinə ətli içlik qoyulub “top” şəklinə salınır.
“Toplar” ilk öncə una , sonra çırpılımış yumurtaya¸daha sonra suxariyə batirilıb bolluca yağda qızardılır.

Axşama ətli “toplar”

İnterpress.az