Paylaşmağı bacarın – çiyələkli maqnoliyabackend

Paylaşmağı bacarın – çiyələkli maqnoliya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pudinq üçün:

1 l süd
2 x.q. un
3 x.q. nişasta
3 ədəd yumurta sarısı
¾ st şəkər tozu
1 paket vanil
200 ml qaymaq

Qatları üçün:
15 ədəd çiyələk
10 ədəd peçenye

Hazırlanması:

Süd, nişasta, un və şəkər tozu qazana əlavə edilir. Qarışıdırlıb bişirilir.
Ayrı bir qabda yumurta çırpılır. Ocaqda qaynayan qarışığdan bir qaşıq götürülüb yumurtanın üzərinə tökülür və qarışdırılır.
Yumurtalı qarışıq qaynayan kütləyə az-az tökülüb təkrar qarışdırılır.
Hazır pudinq soyudulur, üzərinə qaymaq əlavə olunub 3-4 dəq. çırpılır.
Peçenyelar qırıntı halına salınıb blenderdən keçirilir və kremlə qarışdırılır.
Çiyələklərin bir qismi ortadan ikiyə bölünür.
Kasaya bir qat pudinq, bir qat çiyələk və təkrar pudinq əlavə edilir.
Üzərinə çiyələk qoyulub 2-3 saatlıq soyuducuya yerləşdirilir.

İnterpress.az