Tərkib:
4 ədəd tost çörəyi
100 qr krem pendir
10 ədəd göbələk
Şüyüd, ağ reyhan
Duz, istiot
Hazırlanması:
Krem pendirin üzərinə istiot əlavə edib mikserlə çırpın.
Göbələkləri 2-3 yerə bölüb, üzərinə duz səpin, sobada şəbəkənin üzərinə düzüb qızardın.
Tost çörəyini qızdırın. Üzərinə krem-pendiri çəkib, qızarmış göbələkləri düzün.
Üzərinə xırdalanmış şüyüd və reyhan səpib servis edin.
İnterpress.az