Tərkib:
100 qr qarğıdalı unu
2 ədəd yumurta
80 qr buğda unu
120 ml süd
100 ml qaymaq (10%)
½ ç.q. duz
1 ç.q. duz
2 x.q. əridilmiş kərə yağı
Bişirmək üçün:
Bitki yağı və kərə yağı
İçlik üçün:
5 ədəd yaşıl alma
3 x.q. bal
3 x.q. kişmiş
3 ç.q. kərə yağı
1 x.q. şəkər tozu
1 paket vanil
280 qr kəsmik
Hazırlanması:
Kişmiş suda isladılır, süd və qaymaq bir qədər isidilir və kasaya tökülür.
Üzərinə yumurta, un, şəkər, duz əlavə edilib mikserlə qarışdırılır.
Qarışığa kərə yağı, nişasta qatılıb təkrar mikserlə qarışdırılır.
Xəmir 30 dəq. isti yerdə saxlanır.
Tava qızdırılır, az-az tavaya kərə və bitki yağı tökülür.
Yağın üzərinə 1 x.q. xəmirdən tökülüb ikitərəfli blinçiklər qızardılır.
İçliyin hazırlanması:
Alma dördkünc doğranır, üzərinə kərə yağı, vanil, şəkər əlavə edilib 10 dəq. qovrulur.
Hazır içliyə kişmiş qatılır, 1-2 dəq. sonra odun üzərindən götürülür.
İçlik soyudulur, üzərinə kəsmik və bal əlavə olunur.
İçlik blinçikin üzərinə qoyulub xonça şəklində bükülüb alma dilim ilə bağlanır.
İnterpress.az