Tərkib:
1 banka marinad edilmiş göbələk
3 ədəd kartof
1 ədəd limon
1 diş sarımsaq
1 dəstə göy soğan
2 ədəd təzə xiyar
3 x. bitki yağı
Duz, istiot
Sousun hazırlanması:
Sarımsaq əzilir, üzərinə limon sıxılır,yağ əlavə edilir, duz və istiot səpilib 15 dəq. saxlanır.
Salatın hazırlanması:
Kartof suda bişirilir, iri doğranır, üzərinə göbələk əlavə edilir.
Ərzaqların üzərinə iri doğranmış xiyar, xırda doğranmış göy soğan əlavə edilir.
Salatın üzərinə sous gəzdirilib servis edilir.
İnterpress.az