Antik dünyada paxla ölüm rəmzi hesab edilirdibackend

Antik dünyada paxla ölüm rəmzi hesab edilirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

100 qr paxlada – 88 kilokalori
Paxlanın tərkibində böyük miqdarda protein və sellüloza, və həmçinin kalsium, fosfor, dəmir, maqnezium, karotin və A, B1, B2, C, E vitaminləri var.

Protein
Paxlanın tərkibində 25% yaxın protein var. Onun qida dəyəri dənli bitkilərin tərkibində olan proteinin dəyərindən daha yüksəkdir. Paxlada həmçinin böyük miqdarda sellüloza, karbohidratlar, yağlar, dəyərli vitamin və minerallar var.

0 dərəcəsində xolesterin
Paxlanın tərkibində xolesterin yoxdur, bu səbəbdən onun istifadəsi dövretmə xəstəlikləri olan insanlara tövsiyyə olunur. O, tərkibində həmçinin maddə mübadiləsini yaxşılaşdıran sellüloza olduğu üçün həzm sistemini qaydaya salır və müxtəlif pəhrizlərdə geniş istifadə olunur.

Antik dünyada paxla ölüm rəmzi hesab edilirdi

Troyanlılar paxladan istifadə edirmiş
Paxla bitkisi ən azı 5,000 il bundan əvvəl becərilməyə başlanıb. Onun izləri Çində, qədimi Misirdə və hətta Troyanın xarabaxanalarında tapılıb. Paxla asan becərildiyinə, yüksək qida dəyərinə, və doyumlu olduğuna görə əsasən kasıb insanların rasionunda öz yerini tapmışdır. Antik dünyada paxla ölüm rəmzi hesab edilirdi və keşişlər tərəfindən istifadə olunmurdu.

Antik dünyada paxla ölüm rəmzi hesab edilirdi

Ləzzətli və faydalı
Biraz yağ əlavə olunmaqla duzlu suda bişirilmiş təzə paxla çox ləzzətlidir. Paxla həmçinin salatlar, şorbalar və bir çox başqa yeməklərdə istifadə olunur.

İnterpress.az