Cavanlıq eliksiri
Qarğıdalının tərkibində olan böyük miqdarda maqnezium, orqanizmin qocalma prosesi ilə bağlı olan çoxlu xəstəlikləri müşaiyət olan bu elementin catışmazlığını əla şəkildə bərpa edir. Qarğıdalının 150 qramı böyuklərin B1 vitamini tələbatının təxminən 25%-i qarşılayır. Onun tərkibində həmçinin aparıcı anti-toksin olan E vitamini var ki, bu vitamin skleroza qarşı qoruyur. Qarğıdalını gündəlik menyuya daxil edilməsi ürək xəstəliyi və xərçəng riskini azaldır. Qarğıdalıda olan karbohidratlar piy yığınlarını yaratmadan orqanizmi enerji ilə təmin edir.
İncə və sakit
Qarğıdalı anti-stress effektinə malikdir. O, B qrupu vitaminlərlə, xüsusən əsəb sisteminin, əzələlərin, ürəyin düzgün fəaliyyətinə və qırmızı qan hüceyrələrinin yaradılmasına müsbət təsir edən B1– lə zəngındir.
Qızıl dolu
Qarğıdalı Mərkəzi Amerikadan gəlib və ehtimala görə, artıq eramızdan təxminən 7000 il əvvəl becərilirdi. O, mayya, astek və inkaların əsas yeməyini təşkil edirdi. Qarğıdalı onların mədəniyyətinin bir hissəsi idi. Astek əfsanəsinə görə Günəş tanrısı insanları yedirmək üçün onlara qızıl dolu, yəni qarğıdalını göndərmişdi.
Yeni Dünyadan digər şeyləri kimi qarğıdalını da Avropaya Kolumb gətirmişdi, Əvvəlcə onu “Hindu buğdası” adlandırırdılar. Fransızlar və italiyalılar qarğıdalını 16-cı əsrdə becərməyə başlamışdılar. İspanlar və portuqaliyalıların sayəsində qarğıdalı Afrikaya da gətirilmişdi. Əvvəllər qarğıdalı elə də populyar olmayıb, onun ancaq unu qiymətləndirilirdi. Yalnız 19-cu əsrdə qarğıdalı kütləvi miqyasda becərilməyə başlamışdı.
Bu gün, qarğıdalı mətbəxdə geniş istifadə olunur. Qarğıdalı unundan çörək və pirojna, həmçinin italyan polentası bişirmək üçün istifadə edilir. O, həmçinin meksikan tortilya, tako və ençiladaların əsasıdır. Qarğıdalı salatlara əlavə olunur, süfrəyə isti verilir, həm də ət yeməkləri ilə yaxşıdır. Biz onu tez-tez pop korn və ya çəngələr formasında yeyirik. Bundan başqa, qarğıdalı burbonun istehsalı üçün istifadə edilir.
Gündə 300 milyon
Bu hər gün Meksikada yeyilən tortilyaların (qarğıdalı kökələri) sayıdır! İldə isə bu rəqəm 100 milyarddan çox yeyilən tortilya təşkil edir!
Bağçadakı ilahə
Amerika hinduları qarğıdalını paxla və balqabaqla bərabər kənd təsərrüfatının bir ilahəsi hesab edirlər.
İnterpress.az