Fasiləli aclıq – asan çəki itirmə yolu kimibackend

Fasiləli aclıq – asan çəki itirmə yolu kimi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fasiləli aclıq
Hazırda, bir çox insan aclığı pəhriz elementindən və sağlam həyat tərzindən daha çox dini ritual olaraq görür. Lakin, müntəzəm olaraq populyarlıq qazanan yeməkdən çəkinmə təcrübəsi var – buna, “fasiləli aclıq” deyirlər.
Beləliklə, onun bədənə nə xeyirləri ola bilər? Bilindiyi kimi, insan orqanizmi müəyyən müddət (adətən 12-16 saat) ac qaldıqda “ketozis” deyilən mərhələyə keçir. Bu, yüngül acqalma prosesidir ki, bu zaman bədən enerji üçün öz yağlarını əridir.
Qədim insanlar və indiki yırtıcı heyvanlarının çoxu bir müddət ac qalırlar ki, artıq piylərdən azad olsunlar və yeni qida gələnə qədər özlərini saxlaya bilsinlər. Fasiləli aclığı qəbul edənlər deyir ki, hazırda insanlar ondan yararlana bilərlər, xüsusilə ciddi pəhrizlərin tələblərini çox görənlər üçün ən asan çəki itirmə metodudur.

Asan çəki itirmə
Bunu sınamaq üçün cəhd etmək üçün praktik qaydalar:
– Az şəkərli pəhrizə keçin: daha az karbohidrat və qlükoza ilə, beyniniz qalan şəkəri özü üçün saxlayacaq və bədəninizi “piy əritmə” prosesinə keçirdəcək;
– Həkiminiz ilə məsləhətləşin: həzm və ya digər sağlamlıq problemləri fasiləli aclığı sizin üçün uyğun olmamasına əsas ola bilər;
– Çox ac qalmayın: 12 saatlıq aclıq periodu həftədə bir dəfə üçün fərq yaratmaq üçün kifayətdir. Bunu iki gündən bir etmək bir çox insan üçün maksimumdur- əgər bunu bacarırsa;

– Bədəni su ilə təmin edin: aclıq periodunda bədəniniz xüsusən də mayeyə ehtiyacı artır;
– Pis hiss etsəniz aclığı dayandırın: sağlam insanlar üçün həftəlik 12 saatlıq acqalma normaldır, lakin yaxşı hiss etməsəniz dayandırın. Məqsəd çəki itirməkdir, xəstəxanaya düşmək deyil.

Ümumiyyətlə, fasiləli aclıq ciddi olaraq elmə əsaslanan maraqlı konsepsiyadır. Çətin pəhriz seçimləri etməkdənsə ac qalmağı daha asan hesab edən insanların xoşuna bu gedəcək. Lakin, unutmayın ki, fasiləli aclıq çəki itirmək üçün sadəcə bir vasitədir, panaseya deyil – balanslı qidalanma planı yenə də lazım olur!

İnterpress.az