Tərkib:
1 ədəd orta boy gül kələm
1 ədəd kartof
1 ədəd baş soğan
3 x.q. zeytun yağı
1 x.q. kərə yağı
4 st. qaynar ət suyu
1 x.q. un
1,5 st. süd
şüyüd
Duz, döyülmüş qara istiot
Hazırlnanması:
Gül kələm yuyulur və doğranır (gül kələmdən 1-2 parça götürülür)
Kartof və soğan iri parçalara bölünür.
Zeytun yağı qızdırılır, üzərinə gül kələm, kartof və soğan əlavə edilib qovrulur.
Bişmiş tərəvəzlərin üzərinə qaynar ət suyu, duz və istiot tökülüb 25 dəq. bişirilir.
Ayrıca suda yerdə qalan gül kələm bişirilir.
Kərə yağı əridilir, üzərinə un səpilib qovrulur.
Üzərinə az-az soyuq süd əlavə edilib çırpılır.
Unlu qarışıq qaynayan şorbanın üzərinə tökülür.
Şorba blenderdən keçirilir, üzərinə ayrıca suda bişmiş gül kələm və çüyü yarpaqları əlavə olunub servis edilir.
İnterpress.az