Tərkib:
1 kq quzu ciyəri
1 x.q. kərə yağı
2 x.q. zeytun yağı
2 ədəd qirmizi soğan
Duz, istiot, kəklikotu, pul bibər, sumax
Hazırlanması:
Hər iki növ yağ tavaya əlavə edilir.
Ciyər incə şəkildə doğranıb yağda qovrulur.
Ciyərlər yumşalandan sonra üzərinə ədviyyatlar səpilib qarışdırılır.
Qırmızı soğan incə halqavarı doğranıb sumaxla qarışdırılır.
Hazır ciyər kababı qırmızı soğanla servis edilir.
İnterpress.az