Dəyişik bir dad –  Bulğurlu şorbabackend

Dəyişik bir dad – Bulğurlu şorba

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
1 l su
1 st. ət suyu
6 x.q. bulğur
1 st. bişmiş noxud
2 x.q. un
1 ədəd yumurta sarısı
1 st. qatıq
Duz, quru nanə və pul bibər

Hazırlanması:
Qazana su və ət suyu tökülüb qaynadılır.
Qaynayan suyun içərisinə bulğur tökülüb zəif odda bişirilir.
Yumurta və un kasada çırpılır.
Üzərinə qatıq əlavə edilib təkrar çırpılır.
Qaynayan bulğurun üzərinə noxud əlavə edilib bir burum qaynadılır.
Qatığlı qarışığın üzərinə qaynayan şorba suyundan 1 x.q. tökülüb təkrar qarışdırılır.
Qarışıq şorbaya əlavə olunub 1-2 dəq. qaynadılır.
Hazır şorbaya duz, istiot, nanə və pul bibər səpilib servis edilir.

Dəyişik bir dad -  Bulğurlu şorba

İnterpress.az