Ət, qaraciyər
Bişmiş mal və toyuq əti və xüsusilə qaraciyər koenzim Q10 maddəsi ilə zəngindir. Bu maddə sağlam ürək və damarlar üçün olduqca vacibdir.
– Zeytun, küncüt yağı
Bu yağlar da koenzim Q10 maddəsi ilə zəngindir.
– Ərik, ərik qurusu və ərik şirəsi
Kaliumla olduqca zəngin olan ərik ürəyin normal fəaliyyətinə kömək edir.
– Qabıqda bişirilmiş kartof
Kartof da kaliumla zəngindir.
– Pomidor
Kalium və likopin maddəsi ilə zə
ngin olan pomidor ürək üçün ən faydalı məhsullardan biridir.
– Banan
Ürəyin növbəti dostudur. Kaliumla zəngin olan banan ürək əzələsinin fəaliyyətini yaxşılaşdırır.
– Noxud, mərci, lobya
Bu məhsullarda həm kalium, həm də koenzim Q10 maddəsi var.
– Keşyu, badam, araxis, fındıq, qoz, balqabaq tumları, küncüt
Bu məhsullar koenzim Q10 və həmçinin maqneziumla zəngindir. Maqnezium və kalium ürəyin normal fəaliyyəti üçün ən vacib minerallardandır.
– İspanaq[/b
Bu göyərti ürək üçün ən faydalı məhsullardan biri sayılır. İspanağın tərkibində kalium, maqnezium, koenzim Q10 və digər ürək üçün faydalı maddələr var. (saglamolun.az)
[b]İnterpress.az