Masama xoş gəldin-  şak-şukaaaaabackend

Masama xoş gəldin- şak-şukaaaaa

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
6-7 ədəd badımcan
4 ədəd bibər
Bitki yağı

Sousu üçün:
1 ədəd baş soğan
4 diş sarımsaq
4-5 ədəd pomidor
1 ç.q. tomat pastası
1 fincan su
1 ç.q. şəkər tozu
Duz, istiot

Hazırlanması:
Badımcan kvadrat şəklində, bibər halqavarı doğranır.
Badımcan duzlu suda 10 dəq. saxlanır.
Tərəvəzlər yağda qızardılıb salfetin üzərinə yığılır.
Yağı çəkilmiş tərəvəzlər qaba yığılır.

Sousun hazırlanması:
Xırda doğranmış soğan və sarımsaq yağda qızardılır.
Üzərinə tomat pastası əlavə edilib qovrulur.
Qarışığa rəndələnmiş pomdior, duz, istiot, şəkər tozu əlavə olunur, su tökülüb bişirilir.
Sous suyu çəkilənə qədər qaynadılıb, qızarmış tərəvəzlərin üzərinə gəzdirilib servis edilir.

Masama xoş gəldin-  şak-şukaaaaa

İnterpress.az