Xərçəng əleyhinə- brokkolibackend

Xərçəng əleyhinə- brokkoli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qidalı liflərlə zəngin olan brokkoli bağırsaqları şalklardan, toksinlərdən və s. ziyanlı maddələrdən təmizləyir, həzm proseslərini yaxşılaşdırır.
Brokkoli bütün digər kələm növləri kimi azkalorilidir, orqanizmdə yağların mənimsənilməsini ləngidir və arıqlamağa yaxşı kömək edir.

Xərçəng əleyhinə- brokkoli

Brokkolinin tərkibində beta-karotin var. Bu provitamin orqanizmdə A vitamininə çevrilir. A vitamini dərinin, saçların, dırnaqların vəziyyətinə müsbət təsir etdiyi üçün \”gözəllik vitamini\” sayılır.
Brokkolinin tərkibində nadir U vitamini də var. Bu vitamini \”xora əleyhinə vitamin\” adlandrırlar. U vitamini mədə-bağırsaq sistemində olan xoraların tez sağalmasına kömək edir.

Xərçəng əleyhinə- brokkoli

Brokkoli ürək-damar sisteminə çox müsbət təsir edir, damarları möhkəmləndirir, pis xolesterinin səviyyəsini aşağı salır. Bildiyimiz kimi, artıq xolesterin damarlarda yığılaraq ateroskleroz xəstəliyinə səbəb olur. Ateroskleroz isə insult və infarktın əsas səbəblərindən biridir.
Sübut olunub ki, brokkoli sinir sisteminin fəaliyyətinə çox müsbət təsir edir. Son araşdırmalar göstərir ki, brokkoli autizm xəstəliyi olan uşaqlar üçün çox xeyirlidir.

Alimlərin fikirinə görə, xərçəngin profilaktikasında meyvə-tərəvəzlərin qəbulu ən əsas rollardan birini oynayır. Brokkoli kələmi xərçəng əleyhinə təsirinə görə birinci yer tutur.
Brokkolidə \”indol-3-karbinol\” və \”sulforafan\” maddələri aşkar olunub. Bu maddələr bir çox xərçəng xəstəliklərinin müalicəsində və profilaktikasında istifadə olunur.

Xərçəng əleyhinə- brokkoli

Amerikada aparılan eksperimentlər zamanı süd vəzi xərçəngi olan siçanlara brokkolidən alınmış sulforafan yeridilirdi. Nəticədə xərçəng hüceyrələrinin sayı azalırdı və onların inkişafı ləngiyirdi. Həmçinin brokkoli ağ ciyər, mədə-bağırsaq sistemi xərçəngi və bir çox digər xərçəng növləri zamanı müalicəvi və profilaktik effektə malikdir.

Bu səbəbdən alimlər brokkolini \”xərçəng əleyhinə\” tərəvəz hesab edir və bu xəstəliklərin profilaktikası məqsədi ilə brokkolinin öz qidalanmasına daha tez-tez daxil etməyi tövsiyə edirlər.

Brokkolinin tərkibində olan sulforafan maddəsi həmçinin güclü iltihabəleyhinə təsirə malikdir və həmçinin immun sistemini gücləndirir.
Alimlərin fikirinə görə tənəffüs sistemi iltihabları zamanı brokkoli çox yaxşı müalicəvi təsir edir, bronxları və ağ ciyərləri təmizləyir.

Fol turşusu ilə zəngin olan brokkoli anemiya zamanı çox faydalıdır. Hamilə qadınlar bu tərəvəzi öz qidalanmasına mütləq daxil etməlidir. Fol turşusu döldə mümkün olan sinir sistemi qüsurlarının qarşısını alır.
Brokkolini buğda və ya az miqdarda suda bişirmək daha yaxşıdır. Bu halda brokkolinin tərkibində olan faydalı maddələr saxlanılır.
(saglamolun.az)

İnterpress.az