Lokum kimi – ərikbackend

Lokum kimi – ərik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu səbəbdən ürəyin fəaliyyətində pozulmaları olan insanlar bu meyvəni hər gün yeməlidir: yayda – təzə ərik, qışda isə – ərik qurusu. Yeri gəlmişkən, ərik qurusunun tərkibində kalium daha çox miqdardadır. Lakin nəzərə alın ki, ərik qurusu şəkərlə də zəngindir.
Kalium elementi hipertoniyadan əziyyət çəkən insanlar üçün çox xeyirlidir. Kalium orqanizmi artıq mayedən azad edir ki, bunun nəticəsində ürəyin və böyrəklərin fəaliyyəti yaxşılaşır.

Kaliumla yanaşı ərik maqnezium və fosforla zəngindir. Bu elementlər beyində gedən mübadilə prosesləri, yaddaşı və diqqəti yaxşılaşdırır.
Ərik yod və dəmirlə də zəngindir. Yod qalxanvari vəzi xəstəliklərinin profilaktikasıdır, insanın intellektini yaxşılaşdırır. Dəmir isə anemiyadan əziyyət çəkən insanlar üçün çox xeyirlidir.
Ərik pektinlə də zəngindir. Bu xeyirli birləşmə orqanizmi ziyanlı maddələrdən (şlaklar, toksinlər, azad radikallar) təmizləyir.

Lokum kimi - ərik

Ərik A vitamini ilə zəngindir. Bu vitamin immuniteti və görməni yaxşılaşdırır. Elmdə sübut olunub ki, əriyin müntəzəm qəbulu insan orqanizmini xərçəng şişlərdən qoruyur.
Ərik uşaqlar üçün çox xeyirlidir. Əriyin tərkibində olan xeyirli maddələr uşaqlarda boyatma prosesləri stimullaşdırır.
Ərik qəbizlikdən əziyyət çəkən insanlar üçün də çox xeyirlidir. Qəbizliklə mübarizədə həm təzə, həm də quru ərikdən istifadə etmək olar.

Lokum kimi - ərik

Kosmetologiyada da ərikdən çox geniş istifadə olunur. Əriyin dəriyə olan cavanlaşdırıcı təsiri çoxdan sübut olunub. Əriyin əsasında kosmetik kremlər və maskalar istehsal olunur. Əriyin tumları bir çox skrablara daxildir.
Ev şəraitində ərikdən çox təsirli cavanlaşdıran maskalar hazırlamaq olar. Bunun üçün bir neçə dəymiş ərik 1 çay qaşığı qaymaqla qarışdırılır və dəriyə çəkilir. 20 dəqiqədən sonra üzünüzü ilıq su ilə yuyun. (saglamolun.az)

İnterpress.az