Saç tökülməsinin qarşını almaq üçün çoxlu xüsusi maska və şampunlar təklif edilir.
Sizə bu problemi həll etməyin həm asan, həm də ucuz başa gələn üsulunu izah edirik.
Tük soğanağını möhkəmləndirmək üçün şampunun içinə 10 damcı rozmarin yağı ilə 10 damcı limon yağı əlavə edin. Daha sonra saçınızı həmin şampunla yuyun.
Trixiloqlar özləri də uzun illərdir ki, saç tökülməsinə qarşı rozmarin və limon yağından istifadə edirlər. Bu iki yağ baş dərisinin qan dövranını stimullaşdıraraq və saç köklərini qidalandıraraq onları möhkəmləndirir və saç uzanmasını sürətləndirir. Bu iki yağdan başqa, şampuna E vitamini kapsulaları da əlavə etmək olar. Saçları bu şampunla bir neçə dəfə yuduqdan sonra nəticə sizi də heyrətləndirəcək. (publika.az)
İnterpress.az