Bu gün pide-pizza hazırlayınbackend

Bu gün pide-pizza hazırlayın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
1 st. ilıq süd
5 qr maya
1 ç.q. şəkər tozu
3 st. un
1 ç.q. duz

Üzəri üçün:
8 ədəd göbələk
1 ədəd bibər
1 ədəd pomidor
2 diş sarımsaq
1 st. holland pendir
1 top “mozzarella” pendiri
¼ dəstə reyhan
Duz
Hazırlanması:

Maya, şəkər və ilıq süd qarışdırılıb 5 dəq. saxlanır.
Unun üzərinə duz və maya qarışığı əlavə edilib yumşaq xəmir yoğrulur.
Xəmir 30 dəq. saxlanır.
“Mozzarella” pendiri, göbələk incə, sarımsaq xırda, pomidor yarımhalqa, bibər samanvarı doğranır.
Xəmir yağlanmış formaya yayılır, üzərinə rəndələnmiş holland pendiri səpilir, bütün tərəvəzlər düzülür, ən sonda “mozzarella”pendiri yerləşdirilib 20dəq. saxlanır.
Pizza 200 dərəcəlik sobada 30-35 dəq. bişirilir, reyhan yarpaqları ilə bəzədilib servis edilir.

İnterpress.az