Makaronlu börəkbackend

Makaronlu börək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
1 paket makaron
4 ədəd yuxa
3 ədəd yumurta
250 qr ağ pendir
1 st. süd
½ st qatıq
½ st. zeytun yağı
¼ ç.q. rəndələnmiş hindistan qozu
2 x.q. kərə yağı
Duz

Hazırlanması:
Makaron qaynar duzlu suda bişirilib süzülür.
Yumurtanın üzərinə süd, ovulmuş pendir, qatıq, zeytun yağı, qoz və duz əlavə edilib qarışdırılır.
Makaronun üzərinə sous əlavə olunub qarışdırılır.
Forma kərə yağı ilə yağlanır, üzərinə iki ədəd yuxa salınıb, makaron qarışığı əlavə edilir.
Makaronun üzərinə yerdə qalan yuxa salınıb üstü örtülür.
Makaronlu börək 180 dərəcəlik sobada 40-45 dəq. bişirilir.

İnterpress.az