Tərkib:
250 qr qırmızı turp
4 ədəd kök
2 sm zəncəfil kökü
2 x.q. düyü sirkəsi
1 x.q. soya sousu
1 dəstə cəfəri
2 ç.q. bal
1 diş sarımsaq
1 x.q. zeytun yağı
Duz
Hazırlanması:
Zəncəfil təmizlənib rəndədən keçirilir.
Üzərinə soya sousu, duz, bal, sirkə, yağ və xırdalanmış sarımsaq əlavə edilib qarışdırılır.
Kök və turp uzunsov və çox incə doğranır.
Tərəvəzlərin üzərinə xırda doğranmış cəfəri və sous əlavə edilib qarışdırılır.
İnterpress.az