Diqqət, diqqət! İştah açırbackend

Diqqət, diqqət! İştah açır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
3 ədəd pomidor
3 ədəd acı bibər
3 diş sarımsaq
1 dəstə göy soğan
1 dəstə cəfəri
1 ç.q. bibər pastası
1 ədəd limon
4 x.q. zeytun yağı
2 x.q. narşərab
2 ç.q. qırmızı istiot
1 ç.q. nanə qurusu
1 ç. q. duz
Hazırlanması:

Bibərləri ortadan ikiyə kəsin, tumlarını çıxardıb xırda doğrayın.
Pomidorları bol suda yuyun, qabığını soyub, xırda doğrayın.
Göyərti və sarımsağı qurudub xırda doğrayın.
Bibər pastası, təzə sıxılmış limon suyu, zeytun yağı və narşərabı qarışdırın.
Üzərinə duz, qırmızı istiot, nanə səpib qarışdırın.
Sousu doğranmış tərəvəzlərin üzərinə əlavə edib yaxşıca qarışdırın.
Acılı əzməni servis etməmişdən öncə soyuducuda saxlayın.

İnterpress.az