Azərbaycan üçün yeni fürsətbackend

Azərbaycan üçün yeni fürsət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərb ölkələri formal olaraq sanksiyaları saxlamaqla yanaşı Rusiyaya qarşı münasibətləri yumşalda bilərlər.

Məlumata görə, bu yanaşma Avropa Birliyi (AB) dövlətlərinin liderlərinin Brüsseldə bu axşam keçirilmiş görüşünün yekunlarından danışan Almaniya kansleri Angela Merkelin açıqlamalarından aydın hiss edilib.

Xanım Merkel Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması ilə bağlı ciddi maneələr olmadığını bildirib. Almaniya kanslerinin “The Wall Street Journal”da dərc edilmiş sözlərinə görə, o və Fransa prezidenti Fransua Oland görüş zamanı AB liderlərinə bəyan ediblər ki, Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirləri davam etdirmək “təəssüf ki, vacibdir”.

Krımın 2014-cü ilin əvvəlində ilhaq edilməsinə və Ukraynanın şərqində başlanmış hərbi əməliyyatlara görə Rusiyaya qarşı tətbiq edilmiş iqtisadi sanksiyaların müddəti bu il iyulun 31-də başa çatırdı. İyunun 21-də AB təmsilçiləri sektorlar üzrə sanksiyaları yarım il, yəni 2017-ci ilin yanvar ayına qədər uzadıblar. Sanksiyalar Rusiyanın dövlət neft-qaz, maliyyə və müdafiə sənayesi sahələrini əhatə edir.

Təbii ki, bu, sektorlarla ticarət əməliyyatlarının qadağan edilməsi Rusiyada ciddi problemlərə səbəb olur – işsizlik, rublun dollar qarşısında dəyər itirməsi və s. özünü göstərir. Sanksiyalar Rusiyada ciddi iqtisadi böhranın başlanmasına səbəb olub. Təbii ki, rublun dəyərdən düşməsi və iqtisadi böhran Qazaxıstan və Azərbaycan kimi Rusiya ilə sıx əlaqələrə malik ölkələr üçün də problemlər yaradır.

Azərbaycan Rusiyada baş vermiş böhrandan bir neçə istiqamətdə zərər çəkir. İlk istiqamət Azərbaycandan Rusiyaya məhsul ixracatının 4,2 dəfəyə qədər azalmasıdır. Əgər 2013-cü ilin yanvar-may aylarında Azərbaycandan Rusiyaya 543,4 milyon dollarlıq mal ixrac edilibsə, 2016-cı ilin yanvar-may aylarında bu göstərici 130,2 milyon dollara düşüb.

Azərbaycan üçün yeni fürsət

Böhran Rusiyadan fiziki şəxslərin Azərbaycana göndərdiyi pul baratlarını da iki dəfəyə qədər azaldıb. Nəticədə, bu amilin manatın məzənnəsinin sabitləşməsinə verdiyi dəstək azalıb.Rusiya Mərkəzi Bankının məlumatlarına görə, 2014-ci ildə Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 1 milyard 221 milyon dollar vəsait göndərildiyi halda 2015 ildə bu göstərici 627 milyon dollara bərabər olub.

Bu pulların azalması ilk növbədə Azərbdaycanın əmlak bazarına təsir göstərib və 2015-ci ildə bu sektorda qiymətlər 30 faizə qədər düşüb. Həmçinin pul baratlarının azalması qismən də ticarət dövriyyəsinə mənfi təsir göstərib.

Qərbin Rusiya ilə münasibətlərinin yaxşılaşması şimal qonşusundakı böhranın Azərbaycana da mənfi təsirini azalda bilər. Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşı, politoloq Fikrət Sadıqov müsahibəsində Qərbin özündə də bu sanksiyaların əleyhinə qüvvələrin olduğunu bildirib: Ona görə də onlar öz hökumətlərinə təzyiq göstərərək bu bazarın itirilməsinə qarşı çıxırlar\”.

Politoloqun fikrincə, Rusiya da münasibətlərin yumşaldılması istiqamətində müəyyən addımlar atır:
\”Rusiyaya qarşı sanksiyalar ikibaşlıdır, yəni qərb şirkətləri də bundan əziyyət çəkir\”.
\”Rusiya Donbas və Luqanskda hərbi əməliyyatları dayandırdı. Əvvəllər bu seperatçı vilayətlərin tanınması məsələsi gündəmdə idisə, indi Kreml geriyə addım atıb və həmin vilayətlərin gələcəyini yalnız Ukraynanın tərkibində gördüyünü vurğulayır\”.

\”Reuters\” agentliyinin məlumatına yazdığına görə, İtaliya, Bolqarıstan, Yunanıstan və Slovakiya kimi ölkələr Rusiyaya qarşı sanksiyaların yumşaldılmasına çalışırlar. AB ölkələrinnin liderlərinin 2016-cı ilin dekabrına nəzərdə tutulmuş sammitində bu ölkələrin rəyi nəzərə alınarsa, Rusiyanın cənginə almış iqtisadi böhran aradan qalxa bilər və bu ölkənin iqtisadi vəziyyəti yavaş-yavaş düzələr. Təbii ki, bundan Azərbaycan iqtisadiyyatı da yararlana bilər. Necə deyərlər, qonşu qonşunun sağlığını istəməlidir. (ans)

İnterpress.az