Rusiya əgər sülh istəyirsə, artıq danışıqlara başlamalıdır.
Interpress.az xəbər verir ki, bunu Avropa Şurası Prezidenti Antonio Kosta deyib. Kosta bildirib ki, Rusiya əgər sülh istəyirsə, artıq Ukrayna ilə danışıqlara başlamalı idi.
O əlavə edib ki, Putin sadəcə danışıqları təxirə salır və eyni zamanda Ukrayna şəhərlərinə hücumları gücləndirir.
“Bu yaxşı əlamət deyil. Əgər sülh istəyirsinizsə, prezident Zelenski ilə görüşüb danışıqlara başlayın”, — Kosta vurğulayıb.
Xuraman Etibarlı
Interpress.az