Abbas BMT Baş Assambleyasında vizasız halda onlayn çıxış edə bilər.
Interpress.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Məlumata görə, Fələstin rəhbəri Mahmud Abbas ABŞ-dən vizası alınmasa belə, BMT Baş Assambleyasında çıxışını onlayn formatda təqdim etməyə hazırlaşır.
Fələstin administrasiyası sessiyanı ABŞ-dən kənarda keçirmək tələbini irəli sürmür.
Və Vaşinqtonun vizalara tətbiq etdiyi məhdudiyyətlərin yumşaldılması üçün Səudiyyə Ərəbistanı və bir sıra müttəfiq ölkələrin vasitəçiliyinə ümid edir.
Əgər diplomatik səylər uğursuz olarsa, Ramallada Abbasın onlayn çıxışı üçün ehtiyat plan hazırlanıb.
Xuraman Etibarlı
Interpress.az