D vitamini çatışmazlığı arıqlamağı çətinləşdirirbackend

D vitamini çatışmazlığı arıqlamağı çətinləşdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dietoloqların sözlərinə görə, D vitaminin ən önəmli xüsusiyyətlərindən biri qarın bölgəsinin yağlanmasına mane olmasıdır.

Bu vitamin maddələr mübadiləsini sürətləndirdiyi üçün arıqlamağa kömək edir.
Orqanizmdə kifayət qədər D vitamini olan insanlar daha tez doyduqlarını hiss edirlər. D vitamini çatışmazlığı zamanı isə doyma siqnalı beyinə gec çatır.

D vitamini çatışmazlığı isǝ epidemiya kimi sürətlə yayılır. Bu epidemiya sümük xəstəliklərinə səbəb olmaqla yanaşı, xərçəng, revmatizmal xəstəliklər, immun xəstəlikləri, nevro-psixatrik xəstəliklər, ürək xəstəlikləri və təzyiq və s. bu kimi xəstəliklərə dǝ səbəb olur.

İnsan bədənində olan D vitamininin təxminən 90 faizi günəş şüalarından dərinin ən dərin təbəqələrində sintez edilir.
D vitamini çatışmazlığı zamanı vitaminlər qəbul etmək, ancaq günəş şüaları qəbul etməmək vitamin əskikliyini bərpa etməz.

Mütəxəssislərin fikrincə, D vitamini əskikliyi zamanı vitamin qəbulundan çox günəş şüalarına ehtiyac duyulur.
Hesablamalara görə, günorta saatlarında yarım saat günəş şüası vannası qəbul etmək bədəndə xeyli miqdarda D vitamini sintez edilməsinə səbəb olur.

Məlumatda oda bildirilir ki, mütǝxǝssis Şeyda Sıla Bilgili D vitamini – həm qidalanma, həm də günəş işığının köməyi ilə qəbul edilə bildiyini, müxtǝlf balıq növlǝrindǝ, pendir, süd, kərə yağı və yumurtanın sarısında D vitamini olduğunu bildirib.

İnterpress.az