Fəsəlili “boxça” kababıbackend

Fəsəlili “boxça” kababı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
500 qr ət
1 ədəd baş soğan
1 ədəd pomidor
100 qr holland pendiri
Bitki yağı
Duz, istiot

Fəsəli üçün:
2 st. süd
1.5 st. un
2 ədəd yumurta
2 x.q. zeytun yağı

Beşamel sousu üçün:
1 st. süd
2 x.q. kərə yağı
2 x.q. bitki yağı
1,5 x.q. un
Duz. istiot

Hazırlanması:
Ət xırda doğranıb bişirilir.
Bişən ətlərin üzərinə bitki yağı, xırda doğranmış soğan və pomidor, duz, istiot əlavə edilib qovrulur.

Fəsəlinin hazırlanması:
Yumurta, un və duz qarışdırılır.
Üzərinə az-az süd tökülüb çırpılır.
Xəmirdən yağ əlavə edilimiş tavada fəsəlilər bişirilir.

Beşamel sousunun hazırlanması:
Tavaya yağ əlavə edilir, üzərinə un əlavə olunub qovrulur.
Qovrulmuş unun üzərinə süd tökülüb yaxşıca qarışdırılır.
Sousa duz və istiot səpilir, qarışdırılıb odun üzərindən götürülür.
Qovrulmuş ət qarışığından 1 x.q. götürülüb fəsəlinin üzərinə qoyulub bükülür.
“Boxçalar” formaya düzülür, üzərinə beşamel sousu tökülür, rəndələnmiş pendir səpilib 180 dərəcəlik sobada üstü qızarana qədər bişirilir.

İnterpress.az