Xərçəngdən qoruyur – hər gün bir ovuc yeyinbackend

Xərçəngdən qoruyur – hər gün bir ovuc yeyin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təbii sakitləşdirici kimi digər meyvələrdən üstün olan gilas sinir sistemini də gücləndirir.

Sizi yayın ən sevimli meyvələrindən olan gilasın faydaları ilə tanış edirik.
– Gilas A, B və C vitamini, maqnezium və kalsium baxımından zəngindir. Tərkibindəki A vitamini ilə dərimizi gözəlləşdirir.
– Uşaqlarda böyüməyə kömək olur. Qan damarlarının sağlamlığını qoruyur.
– Bədənimizi toksinlərdən təmizləyən gilas yüksək pektin və həll edilə bilən lif sayəsində xolesterolu aşağı salır.
– Fosforla zəngin gilas sinir sistemini gücləndirir.
– Sakitləşdirmə xüsusiyyəti var.
– Nizamlı gilas yedikdə yaddaşsızlığa qarşı yaxşı təsir edir.
– Ehtiva etdiyi antioksidanlar sayəsində xərçəngə qarşı qoruyucudur.
– Hər gün bir ovuc gilas yeyin.
– Gilasda olan flavonoidlər oynaq xəstəliklərinə faydalıdır.
– Gut və revmatoid artrit kimi oynaq narahatlığı olanlar gilas yedikdə ağrıları azalar.
– Gilas saplaqları sidikqovucu xüsusiyyətə malikdir.
– Gilas yedikdə miqdarına diqqət etmək lazımdır. Xroniki narahatlıqları olanlar çox yeməməlidir. (aile.lent.az)

İnterpress.az