Ürək, qan və oynaqlar üçün albalı şirəsibackend

Ürək, qan və oynaqlar üçün albalı şirəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həmçinin albalı şirəsi antioksidantlar, orqanik turşular, kumarin, antosian və pektinlər, büzücü maddələrlə zəngindir.
Albalı şirəsi müxtəlif xəstəliklərin müalicəsi və profilaktikası üçün istifadə olunur.

Albalı şirəsinin müalicəvi xüsusiyyətləri:
– Dəmir, mis və fol turşusu ilə zəngin olan albalı şirəsi qanın tərkibinə çox müsbət təsir edir. Bu səbəbdən albalı şirəsi qanazlığının müalicəsində və profilaktikasında geniş istifadə olunur.
– Hamilə qadınlar və uşaqlar üçün çox faydalıdır.
– İltihab və mikrobəleyhinə təsirə malikdir.
– Ürək-damar sisteminə müsbət təsir edir – damarları möhkəmləndirir, daha elastik edir, arterial təzyiqi və qanda xolesterinin səviyyəsini aşağı salır, aterosklerozun qarşısını alır. Kardioloqlar pasientlərinə hər gün 1/2-1 stəkan albalı şirəsi qəbul etməyi tövsiyə edirlər.
– Şəkərli diabetdən əziyyət çəkənlərə kömək edir – qanda şəkərin səviyyəsini aşağı salır.
– İnfarkt və insult keçirmiş insanlar üçün faydalıdır, orqanizmin bərpasına kömək edir.
– Antioksidantlarla zəngin olan albalı şirəsi xərçəng əleyhinə təsirə malikdir.
– Yorğunluğu və baş ağrılarını azaldır, sakitləşdirir, yuxusuzluqdan əziyyət çəkənlərə kömək edir, yaddaşı möhkəmləndirir.
– Podaqra zamanı yaxşı kömək edir. Qanda podaqraya səbəb olan uratların (sidik turşusu) səviyyəsini aşağı salır.
– Oynaqların sağlamlığını qoruyur. Artritin profilaktik vasitəsi sayılır.
– Maddələr mübadiləsi prosseslərinə müsbət təsir edir, arıqlamağa kömək edir. (saglamolun.az)

İnterpress.az