Beyni işlədən qidalarbackend

Beyni işlədən qidalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi qidaları daha çox qəbul edərək yaddaş və diqqətinizi artırıb, daha sürətli düşünə bilməyiniz mümkündür.

Beyni işlədən qidalar:

Yumurta: D vitamini deposu olan yumurta hüceyrələrin özünü bərpa etməsini təmin edərək, beynin fəaliyyətini inkişaf etdirir.
Qatıq: İçində olan tirozin adlı maddə yaddaşı gücləndirib, beyni hərəkətə gətirir.
Qırmızı ət: Dəmir deposu olan qırmızı ət xüsusilə uşaqlarda zəkanın inkişafı zamanı böyük rola malikdir.
Üzüm suyu: Qısa və uzun müddətli yaddaşı gücləndirir. Ancaq eyni təsiri şərab vermir.
Çiyələk: Antioksidant və C vitamini deposudur. Yaş irəlilədikcə zəifləyən beyin funksiyalarını qaydasına salır.
Kartof: Qan şəkərini nizamlayır və bunun sayəsində beyin yaxşı işləyir.
Soya: Soya südü və soyalı qidalar yaşlılıqdan qaynaqlanan zəka çatışmazlığını gecikdirir.
Qoz, fındıq, fıstıq: Diqqət üçün qoz, fındıq, fıstıq kimi sinirləri qüvvətləndirən qidaların yeyilməsi məsləhət görülür.

İnterpress.az