Onun sözlərinə görə, imtahan verənlər də stress və depressiyadan uzaqlaşmaq üçün duş almağı seçim edə bilər. Bu sadə prosedur imtahan həyəcanını azaltmağa kömək edir.
Duş alarkən diqqət yetirilməsi lazım olan suyun istiliyi və duşda keçirilən müddətdir. Çox isti su dəridə tarazlığı pozaraq, bədəndəki təbii yağın yox olmasına səbəb olur. Uzun müddət suyun altında qalmaq isə dəri sağlamlığına mənfi təsir göstərə bilər. Bu baxımdan çox duşda olmamaq və duşdan sonra istəyə uyğun bitki mənşəli nəmləndiricilərdən istifadə etmək lazımdır. Dəri sağlamlığı üçün çirkli və ya küləkli yerlərdə olmamaq məsləhətdir.
Onu da qeyd etmək lazımdır ki, günəş şüaları, xüsusilə bədəndə saxlanılan D vitamininin sintezləşməsində və sümüklərin inkişafında əhəmiyyətli rol oynayır.
İnterpress.az