181 kilo çəkisi olan Rosie Mercado günlərin birində arıqlamağa qərar verir. Hava limanında yaşadığı utandırıcı hadisədən sonra… Həmin gün durmadan göz yaşı tökür və artıq çəkidən azad olacağına söz verir. Bu hadisəyə qədər isə o, arıqlamaq niyyətində olmayıb.
Xarici mətbuatının xəbərinə görə, Rosie artıq 3 ildir podiumlara çıxan böyük bədənli manikendir.
Hazırda moda dünyasının ulduzlarından biri olan model Rosie Mercado həyatını dəyişdirən xatirədən danışıb: “Təyyarəyə minmək üçün sırada gözləyirdim. Bir vəzifəli yanıma gəlib hər kəsin içində bir kresloya sığmayacağım üçün ikinci kreslo da almaq lazım olduğunu söylədi. Çox utanmışdım. Bəzi insanlar onun dediklərinin çox ayıb olduğunu söylədi. Qalanları da gülməklə kifayətləndi. Getdim, heç nə demədən lazım olan məbləği ödədim. Və o gün həyatımı dəyişmək qərarına gəldim”.
Uçuş zamanı çəkisinin həyatına necə təsir etdiyi, təhlükəyə atdığı barədə düşünən Rosie artıq bu cür yaşaya bilməyəcəyinə qərar verir. Üç uşaq anası olan qadın evinə dönən kimi bol zülal və tərəvəz ehtiva edən bir pəhrizə başlayır, karbohidratı həyatından çıxarır: “Qərarlıydım. İdmana başladım, müəllimim vardı. Həftədə 6 dəfə ora gedirdim və qaçırdım”.
Rosie öz gücünə 45 kq arıqladıqdan sonra mədə əməliyyatı etdirir. 36 yaşlı bu xanım 3 illik pəhriz proqramının sonunda modellik etməyə başlayır. Deyir ki, əvvəllər uşaqlarını “Disney land”ə apararkən bir baxıcı tuturmuş, çünki çəki limiti olduğu üçün uşaqlarla bərabər atraksionlara minə bilmirmiş, yalnız uzaqdan onların fotoşəkillərini çəkirmiş.
R. Mercado sonuncu dəfə Nyu-York Böyük Bədən Moda Həftəsində podiuma çıxıb. O, sağlamlığına qovuşduğu üçün şükür edir. Lakin əvvəlki bədənindən da utanmadığını deyir. Moda karyerasına yönələn amerikalı qadın digər kilolu xanımları cəsarətləndirmək istəyir. (lent.az)
İnterpress.az