Tərkib:
½ hissə kələm
3-4 ədəd kartof
1-2 ədəd kök
2 ədəd yunan qabağı
3-4 ədəd pomidor
2 ədəd baş soğan
1-2 diş sarımsaq
Bitki yağı
Cəfəri, şüyüd
Duz, istiot
Hazırlanması:
Kələm iri hissələrə bölünür, üzərinə dördkünc doğranmış kartof düzülür, bitki yağı tökülüb bişirilir.
Baş soğan xırda doğranıb yağda qızardılır.
Üzərinə xırda doğranmış yunan qabağı, rəndədən keçirilmiş kök və pomidor əlavə olunub qovrulur.
Qovrulan ərzaqlar kələmin üzərinə əlavə edilir, duz, istiot səpilir, üstünə bir qədər qaynar su tökülüb 10 dəq. bişirilir.
Hazır ragunun üzərinə xırdalanmış sarımsaq tökülüb servis edilir.
İnterpress.az