Axşama ratatuybackend

Axşama ratatuy

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
1 ədəd badımcan
1 ədəd bibər
3 ədəd pomidor
2 ədəd yunan qabağı
2 diş sarımsaq
1 ədəd baş soğan
1 budaq rozmarin
Kəklikotu
1,5 ç.q. şəkər tozu
2 x.q. limon suyu
3 x.q. zeytun yağı
Duz, istiot

Hazırlanması:
Bütün tərəvəzlər xırda doğranır.
Sarımsaq, badımcan, soğan, yunan qabağı, pomidor, bibər ayrı-ayrı yağda qızardılır.
Bütün tərəvəzlər tavaya lay-lay düzülür, üzərinə kəklikotu, duz, istiot, şəkər tozu səpilir, rozmarin qoyulur,limon suyu və 0.5 st su tökülüb qarışdırılır.
Tavanın qapağı örtülüb 10-15 dəq. dəmə qoyulur.

İnterpress.az