Qorxmayın yandırmayacaq…backend

Qorxmayın yandırmayacaq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
1 l toyuq bulyonu
1 dəstə gicitkan
3 ədəd kartof
1 ədəd baş soğan
½ hissə aysberq kələmi
Kərə yağı
4 ədəd yumurta
Xama
Duz, istiot
Hazırlanması:
Soğan xırda doğranıb yağda qızardılır.
Kartof dördkünc doğranır, soğanın üzərinə əlavə edilib 20 dəq. bişirilir.
Kartof bişənə yaxın üzərinə iri şəkildə doğranmış gicitkan əlavə olunur, toyuq bulyonu tökülüb bir qədər qaynadılır.
Şorba blenderdən keçirilir.
Hazır şorbaya incə şəkildə doğranmış kələm əlavə edilir, duz, istiot səpilib qarışdırılır.
Üzərinə qaynadılmış yumurta və xama qoyulub servis edilir.

İnterpress.az