Arada-bir ətsiz yeməklər yeyin, faydası varbackend

Arada-bir ətsiz yeməklər yeyin, faydası var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
500 qr kələm
2-3 ədəd kartof
1-2 ədəd kök
1 ədəd baş soğan
4-5 ədəd qurudulmuş pomidor
1 dəstə cəfəri
2 diş sarımsaq
2 l tərəvəz bulyonu
1 qr zəfəran
Xama
Bitki yağı
Duz, istiot
Hazırlanması:
Tərəvəz bulyonu qaynadılır.
Qaynayan bulyona uzunsov incə doğranmış kələm və qurudulmuş pomidor, dördkünc doğranmış kartof , zəfəran əlavə edilir.
Soğan xırda doğranıb yağda qızardılır, üzərinə rəndədən keçirilmiş kök əlavə olunub qovrulur.
Soğan-kök qarışığı bulyona qatılıb təkrar 3 dəq. qaynadılır.
Qaynayan şorbaya əzilmiş sarımsaq, duz və istiot əlavə olunur.
Hazır borşun üzərinə xırda doğranmış cəfəri səpilir, xama qoyulub servis edilir.

İnterpress.az