Qırmızı bibəri yaxşıca yuyun. Böyük bir qabın içinə su doldurun, bir neçə damcı üzüm sirkəsi tökün və yuduğunuz bibərləri bu suda təxminən 15 dəqiqəyə qədər saxlayın. Sonra bibərləri sudan çıxarın və başlarını qoparıb içindəki toxumları təmizləyin, böyüklüyünə görə iki, üç hissəyə bölərək blemderdən keçirin.
Çəkdiyiniz bibərləri böyük bir nimçəyə tökün. Bütün bu əməliyyatları əlinizdəki bibərləri bitirənə qədər təkrarlayın. Bunu səhər çox erkən saatda etməlisiniz ki, günorta günəşini qaçırmayasınız. Çəkilmiş bibəri eyvan terras və ya günəşdən yararlana biləcəyiniz yerə – günəş şuası düşən yerə qoyun.
Günəşdə ən azı 3 gün saxlayın. Onsuz da siz özünüz tomata hər gün nəzarət edərək neçə gün günəşdə qalması lazım olduğuna qərar verə bilərsiniz.
Son olaraq tomat halına gələn qarışımı istədiyiniz ölçülərdə şüşə qablara yerləşdirin və üzərinə 1 çay qaşığı zeytun yağı töküb ağzını möhkəm bağlayın.
Qış boyu təzə və ev istehsalı bibər tomatı ilə yeməklərinizi daha da ləzzətli hala gətirə bilərsiniz. (lent.az)
İnterpress.az