Ərik qurutmaq üçün…
Əvvəlcə ərikləri yaxşıca yuyun. Sonra eyvanda bir yerə təmiz parça sərin. Ərikləri üzərinə düzün və qurumuğa qoyun. Əriklərin bir-birinin üstündə olmamasına fikir verin. 2-3 gün günəşdə qalması kifayətdir. Növbəti mərhələdə dənələrini çıxarın. Bunun üçün əriyin bir tərəfindən dənəni sıxın ki, digər tərəfdən asanlıqla çıxsın. Dənələri çıxmış ərikləri yenidən günəş altında saxlayın.
Əriklər kifayət qədər qurumazsa, yumşaq qalarlar, çox qurudularsa, ləzzətləri itər. Bu səbəbdə də qurutma müddəti əhəmiyyətlidir. Bundan başqa, qurudulmuş əriklərin uzun müddət qalması üçün onları qabda saxlayın. (lent.az)
İnterpress.az