Xəbər verilir ki, Massaçusets ştatındakı Tafts Universitetinin (ABŞ) alimləri sübut edib ki, kərə yağının ziyanı haqqında iddialar əsassızdır. Tədqiqat çərçivəsində dünyanın 15 ölkəsindən olan 6,5 milyon insanın sağlamlıq və qida rasionu haqqında məlumat təhlil edilib.
Araşdırma dövründə təxminən 30 min insan dünyasını dəyişib, 10 min nəfərdə həkimlər ürək-damar sistemi xəstəlikləri, 24 min adamda diabet aşkar edib. ABŞ alimləri müəyyən ediblər ki, ürək-damar sistemi xəstəlikləri olan insanların yağ yeməkdən çəkinməsi düzgün deyil. Çünki gündəlik istifadədə ondan da zərərli ərzaq növləri var.
Əlbəttə, alimlər hər gün yaxmac yeməyi məsləhət görmürlər. Çünki karbohidrat və yağ artıqlığı piylənmə və diabet ehtimalını gücləndirir. Amma ümumiyyətlə, kiçik yağ tikəsinin sağlamlığa təsiri yoxdur. (milli.az)
İnterpress.az