Tərkib:
4 st. un
1 banka qatılaşdırılmış süd
3 ədəd yumurta
4 x.q. kərə yağı
1 ç.q. vanil
1/4 ç.q. çay sodası
Küncüt, duz
Hazırlanması:
Kasada qatılaşdırılmış süd, 2 ədəd yumurta, yumşaldılmış kərə yağı və vanili çırpılır.
Başqa bir qabda un, soda və duzu qarışdırılıb, az-az yumurtalı qarışığa əlavə edilib xəmir yoğrulur.
Xəmiri kiçik hissələrə ayılır, top şəklində yuvarlanır, rulet şəklinə salınıb, dairə halına gətirilərək uclarını birləşdirilir.
Bubliklər yağlı kağız salınmış formaya düzülür, üzərinə yumurta sarısı çəkilir, küncüt səpilib 180 dərəcəlik sobada 15-20 dəq. bişirilir.
İnterpress.az