Tərkib:
12 ədəd ərik
10 ədəd albalı
¾ st “rikotto” pemdiri və ya kəsmik
1 dəstə cəfəri
Kəklikotu
2 x.q. zeytun yağı
1 x.q. balzamik
Duz
Hazırlanması:
Ərik və albalının tumu çıxarılır, formaya düzülür, üzərinə duz, sirkə, kəklikotu səpilir, yağ gəzdirilib 180 dərəcəlik sobada 15 dəq. bişirilir.
Forma sobadan çıxarılır, aralarına pendir və ya kəsmik yerləşdirilir.
Forma təkrar sobaya qoyulub 10 dəq. bişirilir.
Hazır meyvəli isti salatın üzərinə xırda doğranmış cəfəri səpilib servis edilir.
İnterpress.az