Bir neçə gündən sonra bu şirin meyvə də süfrələrimizi bəzəyəcək. Lakin qarpızı doğramayanadək onun dadını bilmək olmur. Qarpızın böyüklüyü və ya kiçikliyi, rəngi onun dadından heç bir xəbər vermir. Lakin təlaşlanmağa dəyməz. Yaxşı və pis qarpızı ayırmağın da öz üsulları var. Aile.lent.az qarpız alarkən diqqət edilməsi lazım olan məqamlarla sizi tanış edir.
İlk növbədə onu qeyd edək ki, çürümüş, yumşaq və ya çatları olan qarpız almayın.
Qarpızın torpağa dəyən tərəfində sarıya çalan bir ləkə meydana gəlir. Bu rəng dəyişikliyi olan hissə yoxdursa və ya ağ rəngdədirsə, demək, qarpız yetişməyib.
Qarpızın rəngi tünd yaşıl olmalıdır. Parlaq görünüşlü qarpız yerinə daha donuq rəngli və forması gözəl olanlar seçilməlidir.
Yalnız qarpızın qoxusundan onun yaxşı və ya pis olmasını anlamaq çətindir. Çünki kəsilməyənədək qarpızdan heç bir qoxu gəlmir. (lent.az)
İnterpress.az