Cəfərinin faydası kişiləri çox sevindirəcəkbackend

Cəfərinin faydası kişiləri çox sevindirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verilir ki, son araşdırmada cəfərinin dazlaşmanın qarşısını alan möcüzəvi vasitə olduğu ortaya çıxıb. Araşdırmanın rəhbəri rusiyalı alim Aleksandr Kiselyov xərçəng hüceyrələrinin yaranmasının qarşısını alan cəfərinin dazlaşmaya qarşı da effektli olduğunu bildirib.

Alimin sözlərinə görə, şüyüd ilə cəfərini birlikdə yemək xərçəng müalicəsində çox yaxşı təsir göstərir, həm də kimyəvi terapiyadan sonra daha müsbət nəticələr verir.

Rusiyalı alim cəfərinin xoşagəlməz ağız qoxusunu aradan qaldırdığını, immuniteti gücləndirdiyini, dəri hüceyrələrini yenilədiyini, zehni inkişafa da müsbət istiqamətdə təsir göstərdiyini xüsusi vurğulayıb. (milli.az)

İnterpress.az