Ət bişirməyin sirləribackend

Ət bişirməyin sirləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1. Əti qızardacaqsınızsa onu yuyandan sonra qurudun, yoxsa qızardarkən kəf qoyar.

2. Ət soyuq su ilə yuyulmalıdır, amma suda çox saxlamaq olmaz.

3. Əti bişirərkən bulyonun dadlı olmasını istəyirsinizsə soyuq suya, ətin özünün dadlı olmasını istəyirsinizsə isti suya salıb bişirin.

4. Ət nə qədər zəif odda bişərsə, bir o qədər dadlı olar.

5. Ət bişən zaman qazana yerkökü salınarsa, ətin spesifik qoxusu itər.

6. Təmizlənmiş və üstünə limon şirəsi çəkilmiş ət gec xarab olur.

7. Ət, kotlet qaynar yağın üzərinə qoyulub qızardılarsa kəf qoymaz.

8. Bişmiş ət soyuducuda qurumasın deyə onu perqament kağıza və ya folqaya bükmək lazımdır.

9. Əgər kotletinizin yumşaq olmasını istəyirsinizsə, ona qatılacaq çörəyi süddə isladın və sıxmadan ətə qatın.

10. Əti sobada bişirərkən vam xodda bişirin. Yoxsa ətin üstü yanar, içi isə bişməz.

11. Sobada bişiriləcək ətin üstünə su çəkib limon şirəsi sürtüldükdə, ət daha dadlı olur. (milli.az)

İnterpress.az