Belə ki, qulançar – qida selüllozu, K, A, C, E və B qrup vitaminləri, fol turşusu, selen, mis, marqans, kaliy, kalsiy, dəmir və bir çox digər mineralların, həmçinin asparaqin, karotin və saponinin təbii mənbəyidir. Buna baxmayaraq, qulançar az kalorili məhsul sayılır.
Bu tərəvəz – ən azkalorili məhsullardan olaraq, orqanizmi kalorilərlə deyil, mineral maddə və vitaminlərlə təmin edir. Təbii ki, tərkibini xeyirli məhsullarla bol olmasına görə bir çox ölkələrdə o, müalicəvi məhsul sayılır.
Qulançarın tərkibində olan maddələr, qanı təmizləyir, ciyərə müsbət təsir göstərir və suyu orqanizmdən çıxartmağa kömək edir( təbii sidikqovucu vasitədir).
Müasir xalq təbabəti qulançarın kökünün məhlulunu güclü ürək döyüntüsündə, xroniki ürək-damar çatışmazlığı, sidik sistemi problemləri zamanı intensiv istifadəsini məsləhət görür.
Həmçinin müasir dövrdə qulançar – güclü afrodoziak sayılır. Tərkibində olan asparaginin(təbii mənşəli amin turşusu) sayəsində o, ürək və böyrəyin işinə müsbət təsir göstərir və qan təzyiqini aşağı salır. Həmçinin tərkibində olan maddələr orqanizmdən xloridlərin, fosfatların və sidik cövhərini çıxarılmasını təmin edir. Bu isə padaqra, ağır və xroniki nefrit, böyrək , sidik kisəsi və sidik kanalı iltihabı üçün çox önəmlidir.
Qulançar:
Kalori dəyəri(kkal) – 20
Zülal (qr) – 1.9
Yağlar (qr) – 0.1
Karbohidratlar (qr) – 3.1 (saglamolun.az)
İnterpress.az
Həmçinin nəzərinizə çatdırmaq istəyirik ki, qulançar mətbəxdə də çox geniş istifadə olunur. Dadı və xeyirli xüsusiyyərlərini artıq bildikdən sonra,bu məhsulu daha çox istifadə edəcəyinizdən əminik…