Sizə belə pəhrizin bir variantını təqdim edirik.
Səhər acqarına 1 stəkan su için. 30 dəqiqədən sonra 1 orta ölçüdə olan qarğıdalı yeyin.
Günorta 1 xiyar, 1 pomidor, 1 bibər, göyərtilər və 1/2 qarğıdalıdan (dənəcikləri çıxardın) ibarət olan salat yeyin.
Axşam 1 qarğıdalı yeyin.
Yatmazdan əvvəl 1 çimdik darçın və 1 çimdik zəncəfil əlavə olunmuş 1 stəkan kefir için.
Bu qaydaya uyğun olaraq 3 gün ərzində qidalanın. Gün ərzində 2 l maye (yaşıl çay, su, itburnu dəmləməsi) qəbul edin. (saglamolun.az)
İnterpress.az